Şəxs hansı halda orqanını başqasına verə bilər? – ARAŞDIRMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Daxili orqanların pul müqabilində satışa çıxarılması ilə bağlı elanlarla rast
gəlinir: “Bir böyrəyimi 70 min manata satıram”, “Ödəniş qarşılığında qaraciyər
və ilik donoru oluram. Qiymət qarşılıqlı razılıq əsasında” və sair…
Xezerxeber.az-ın məlumatına görə, son zamanlar küçələrdə və sosial şəbəkələrdə
daxili orqanlarını satışa çıxarmaq istəyənlərin bu cür elanlarına tez-tez rast
gəlinir.
Sözügedən elanlarda böyrək, qaraciyər, ilik, qan satışı ilə bağlı məlumatlar
qeyd olunur.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin hüquq
məsləhətçisi Lalə İbrahimzadə bildirib ki, ölkəmizdə orqan və toxumaların
transplantasiyası qanunvericiliklə tənzimlənir. Buna əməl etməyənlər qanun
qarşısında məsuliyyət daşıyırlar.
Qanunvericiliyə görə, insanın daxili orqanı satıla bilməz.
Daxili İşlər Nazirliyindən (DİN) isə verilən məlumata görə, bu cür elanlarla
bağlı nazirlik tərəfindən araşdırma aparılır.
Ətraflı süjetdə: