f474023b-c2e2-4edd-8995-7ba58d17a69c..jpg

Şəxsi istifadə üçün xaricdən dərman gətirilməsinə məhdudiyyət qoyulub? – RƏSMİ AÇIQLAMA + VİDEO

Baxış sayı: 588 dəfə baxılıb.

Şəxsi istifadə üçün xaricdən dərman gətirilməsinə məhdudiyyət qoyulub? – RƏSMİ
AÇIQLAMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər sosial şəbəkələrdə xaricdən ölkəmizə reseptsiz dərmanların
gətirilməsinə məhdudiyyət tətbiq edilməsi ilə bağlı xəbərlər yayılıb.

Məsələ ilə bağlı Xezerxeber.az-a Səhiyyə Nazirliyinin Analitik Ekpertiza
Mərkəzinin şöbə müdiri Səid Fərzullayev bildirib ki, qüvvədə olan qanuna görə,
Azərbaycana gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri
miqdarda, o cümlədən ölkədə dövlət qeydiyyatından keçməyən dərman vasitələrini
maneəsiz gətirə və apara bilərlər.

S.Fərzullayev vurğulayıb ki, təsdiq edilmiş reseptdə yazılan dərmanları yalnız
orada qeyd olunan miqdarda ölkəyə gətirmək olar.

Şöbə müdiri əlavə edib ki, yalnız gömrük orqanları tərəfindən bir sıra
hallarda dərman vasitələri ölkəyə gətirilən zaman miqdar və növ çoxluğuna görə
səhiyyə orqanlarının müvafiq sənədinin təqdim olunması tələb edilə bilər.

Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, “Dərman
vasitələri haqqında” Qanuna əsasən, Azərbaycana gələn və ya xaricə gedən
vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən
Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə
və apara bilərlər. Bu zaman heç bir sənəd tələb olunmur.

Ətraflı süjetdə:


Source link