fe763bba-94a1-4595-b387-0f1073c39e76..jpg

Səyyar şəkildə pirotexniki vasitələr satan şəxs saxlanıldı

Baxış sayı: 690 dəfə baxılıb.

Səyyar şəkildə pirotexniki vasitələr satan şəxs saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq
tədbirlərlə rayon ərazisində pirotexniki və tezalışan vasitələrin gizli şəkildə
satışını həyata keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, Ayaz Həsənov istifadəsində olan “Mercedes” markalı avtomobillə
səyyar şəkildə pirotexniki vasitələri satarkən polis əməkdaşları tərəfindən iş
başında yaxalanıb.

Həmin nəqliyyat vasitəsinə baxış keçirilərkən oradan təxmini 4 min manat
dəyərində külli miqdarda partlayıcı maddələr və pirotexniki vasitələr
aşkarlanıb.

Ayaz Həsənov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün
məhkəməyə göndərilib.

Source link