Saakaşvilinin yeni vəzifəsi məlum oldu

Saakaşvilinin yeni vəzifəsi məlum oldu

Baxış sayı: 2. 833 dəfə baxılıb.

Gürcüstanın keçmiş prezidenti Mixayil Saakaşvili  Niderland spikerləri Akademiyasında mühazirəçi vəzifəsinə işə düzəlib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Niderlandın spikerlər Akademiyası ilə əməkdaşlıqla bağlı razılığa gəlmişik. Hələlik, Avropada qalacağım müddət ərzində, mühazirələrin hesabına dolanmağa çalışacağam. Akademiyanın çox əla kollektivi var, bizim regionun özəllikləri ilə bağlı bilgiləri və dürüst dəyərləri ilə məndə xoş təəssürat yaratdılar

İnanıram ki, uzun müddət mühazirə deməli olmayacağam, topladığım təcrübədən isə mühazirələr üçün yox, oliqarxları hakimiyyətdən kənarlaşdırmaq və real islahatlar aparmaq naminə yararlanacağıma ümid edirəm” deyə Saakaşvili “Facebook” səhifəsində yazıb.

Xatırladaq ki, 2017-ci ilin iyul ayında Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib.

Ukrayna tərəfinin iddiasına görə, Saakaşvili pasport şöbəsinə sənədlərini verən zaman düzgün məlumatlar təqdim etməyib, Gürcüstanda məhkumluğu ilə bağlı faktı gizlədib.

Saakaşvili sonradan məhkəməyə şikayət etsə də, onun ərizəsinə indiyə kimi baxılmayıb.

.
www.ÇıxışYolu.Com