Saatlı və Ağdaşda odlu silahlar polisə təhvil verilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Saatlı və Ağdaşda Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz
saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi
istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,
Saatlıda şöbə əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində
bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı bir ədəd “Karabin” markalı
odlu silahı və 412 ədəd patronu könüllü olaraq polis əməkdaşlarına təhvil verib.
Həmçinin, Ağdaşda Şöbə əməkdaşları tərəfindən keçirilmiş profilaktiki
tədbirlər nəticəsində isə bir nəfər rayon sakini qanunsuz saxladığı ov
tüfəngini könüllü olaraq polisə təhvil verib.
Bu istiqamətdə polis əməkdaşları tərəfindən profilaktiki tədbirlər davam
etdirilir.