Saatlıda bıçaqlanma hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, rayonun Əliabad kənd sakini, 1990-cı il təvəllüdlü Miriyev Nicat Vidadi oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
N.Miriyev bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.