Saatlıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə rayonun Bəylik kəndi ərazisində qeydə alınıb.
“Opel” markalı avtomobilin yol kənarındakı dirəyə çırpılması nəticəsində sürücü – Bakı şəhər sakini Qəmbərov Şamo Səlamət oğlu və azyaşlı övladı həlak olub.
Faktla bağlı araşdırma aparılır.