Saatlıda anasının ölümünə səbəb olmaqda təqsirləndirilən sürücünün məhkəməsi
başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Saatlıda anasının ölümünə səbəb olmaqda təqsirləndirilən Emil Astanovun
məhkəməsi başlayır.
“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər
Məhkəməsinə göndərilib və hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə ötən ilin noyabrında Saatlıda qeydə alınıb.
Belə ki, Qara Nuru kəndi ərazisində 2000-ci il təvəllüdlü Saatlı rayonu,
Məmmədabad kənd sakini Emil Astanov sərxoş vəziyyətdə, VAZ-21063 markalı
avtomobilin idarəetməsini itirərək yol kənarındakı binaya dəyib.
Nəticədə avtomobildəki sərnişin, 1959-cu il təvəllüdlü Aybəniz Astanova aldığı
xəsarətlərdən ölüb.
Emil Astanova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya
nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat
vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham
irəli sürülüb.