Saatlıda intihar hadisəsinin təfərrüatı: İş adamını ölümə aparan bir milyon
borc – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Saatlıda baş verən intihar hadisəsinin təfərrüatı məlum olub.
“Qafqazinfo” xəbər verir ki, rayonun Məzrəli kənd sakini, 1987-ci il
təvəllüdlü Telman Ehtiram oğlu Mehtiyev özünü yaşadığı evin qarşısında
güllələyib. Ağır xəsarət alan şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına
çatdırılsa da, vəfat edib.
Bildirilir ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə
əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul
sahibləri onun ardınca Saatlı rayonuna gediblər, həmçinin barəsində polisə
şikayət edilib.
Araşdırmalar davam etdirilir.
10:11
Saatlıda özünü güllələyən şəxs xəstəxanada ölüb.
Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, intihar edən Telman Mehdiyev yaralı halda
Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün
olmayıb.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.
09:14
Saatlıda güllələnmə hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Məzrəli kəndində
qeydə alınıb.
Hələlik şəxsiyyəti məlum olmayan bir nəfər güllə yarası ilə Saatlı Rayon
Mərkəzi Xəstəxanasına daxil olub.
Hazırda ona tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Dursun Tağıyeva