9d28636a-7127-4f5e-a131-97d39f828e18..jpg

Saatlıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb – FOTO

Baxış sayı: 624 dəfə baxılıb.

Saatlıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs
saxlanılıb – FOTO

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə
yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu
əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə,
polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən
cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Elan Bayramov
saxlanılıb.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq
edilərək yetişdirilən 114 ədəd çətənə kolu və şitili aşkar edilərək götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

Source link