dab9cb26-3824-44e2-a55b-b4ca21904455..jpg

Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən beş sürücü saxlanılıb – FOTO

Baxış sayı: 438 dəfə baxılıb.

Saatlıda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən beş sürücü
saxlanılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlərlə avtomobilini narkotik vasitələrin təsiri
altında idarə edən rayon sakinləri A.Rzazadə, X.Bağırlı, H.Həsənzadə, S.Şükürov
və X.Əkbərov saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, tibbi müayinə zamanı onların heroin və marixuana istifadə
etdikləri məlum olub.

Nəqliyyat vasitələrinə baxış zamanı orada müxtəlif çəkilərdə metamfetamin,
heroin və marixuana da aşkarlanıb.

Toplanmış materiallar məhkəməyə göndərilib, faktlarla bağlı araşdırmalar
aparılır.

Source link