Saatlıda şagirdin ölüm səbəbi açıqlandı - YENİLƏNİB

Saatlıda şagirdin ölüm səbəbi açıqlandı – YENİLƏNİB

Baxış sayı: 2. 080 dəfə baxılıb.

Saatlı rayonu, Sarıcalar kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi Yəhya Ağayev tənəffüs zamanı ürək tutmasından vəfat edib.

ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, bu barədə Saatlı Təhsil Şöbəsindən məlumat verilib.

Bildirilib ki, ilkin tibbi yardım göstərilməsinə və şagirdin xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

15:22

Saatlıda məktəbdə ölüm hadisəsi baş verib.

ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, Saatlı rayonunun Sarıcalar kənd sakini, 2004-cü il təvəllüdlü Ağayev Yahya Eldar oğlu məktəbdə ölüb. 

Onun hansı səbəbdən öldüyü hüquq-mühafizə orqanları tərəfindən aydınlaşdırılır. Ehtimal olunur ki, məktəbli döyüldükdən sonra vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com