688cd25d-4aca-4784-8a20-78a1f74ce23e..jpg

Saatlıda soyğunçuluq edən şəxs saxlanılıb

Baxış sayı: 395 dəfə baxılıb.

Saatlıda soyğunçuluq edən şəxs saxlanılıb

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də gecə saatlarında rayon
ərazisində yerləşən fərdi yaşayış evlərinin birinə qanunsuz daxil olaraq oradan
soyğunçuluq yolu ilə 1500 manat dəyərində qızıl-zinət əşyaları, 2 150 manat pul
və bank kartları ələ keçirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də
məhkum olunmuş və sonuncu dəfə törətdiyi oğurluq əməlinə görə axtarışda olan
Vüsal Vəliyev saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu
məlumat yayıb.

Dindirilmə zamanı V.Vəliyev törətdiyi oğurluq faktını etiraf edib.

Şöbə əməkdaşları tərəfindən sonuncunun ətrafında aparılan əməliyyat tədbirləri
nəticəsində onun törətdiyi daha bir analoji cinayət əməlinin üstü də açılıb.
Belə ki, V.Vəliyevin sentyabr ayının əvvəlində Saatlı rayonu ərazisində
yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 4 800
manatdan artıq olan qızıl-zinət əşyaları, bəzək və telefon aksesuarları, eləcə
də 110 manat pul oğurlayaraq zərərçəkmişə maddi ziyan vurduğu da məlum olub.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb,
saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri
seçilib, araşdırmalar davam etdirilir.

Source link