Sabah Abşeron qazsız qalacaq

Sabah Abşeron qazsız qalacaq

Baxış sayı: 2. 257 dəfə baxılıb.

Aprelin 18-də Abşeronun bir hissəsi qazsız qalacaq.

ÇıxışYolu.Com xəbər verir ki, “Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 27-28-ci km-lər arası dayaqlar üzərinə qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar, sabah saat 10:00-dan işlər yekunlaşdırılanadək diametri 530 mm-lik “Qaradağ-Sumqayıt” magistral qaz kəmərindən qidalanan “Qobu”, “Müşviqabad”, “Pirəkeşkül”, “Ceyranbatan” Qaz Paylayıcı Stansiyalarından və “Aşağı Güzdək” Qaz Tənzimləyici Məntəqəsindən qaz təchizatı dayandırılacaq.

Təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Pirəkeşkül, Aşağı Güzdək yaşayış sahələrində və Ceyranbatan və Saray qəsəbələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.

“Azəriqaz” İB-dən bildiriblər ki, görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək .

“Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edib.

www.ÇıxışYolu.Com