“Sabah” altı futbolçusu ilə yollarını ayırdı

Baxış sayı: 2. 725 dəfə baxılıb.

Azərbaycan Premyer Liqasının debütantı olan “Sabah” FK bir neçə futbolçu ilə yollarını ayırıb. 

ÇıxışYolu.Com xəbər verir ki, ukraynalı Vitali Kvaşuk, Əlibəy Məmmədli, Elvin Bədəlov, Aydın Bayramov, Tural QürbətovÜlvi İbazadə ilə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Əvəzində Bakı klubu dünən “Neftçi”dən ayrılmış Rəşad Eyyubovla 2,5 illik müqavilə bağlayıb.

Sabah Futbol Klubu adlı şəxsin şəkli.

Qeyd edək ki, “Sabah” qış fasiləsinə 17 xalla IV sırada yollanıb. Elşad Əhmədovun baş məşqçisi olduğu komanda ölkə kubokunun 1/4 finalında “Qəbələ” ilə dueldə mübarizəni dayandırıb.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com