e4d5c3ef-4f51-4be5-904a-4d98572d4be1.jpg

“Sabah” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib

Baxış sayı: 228 dəfə baxılıb.

Azərbaycan Premyer Liqasının IX turunda baş tutan “Sabah” – “Araz-Naxçıvan”
matçında qalib müəyyənləşməyib.

Cixisyolu.com xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş 1:1 hesabı
ilə yekunlaşıb.

“Sabah” komandasından 5-ci dəqiqədə Pavol Safranko fərqlənib.
“Araz-Naxçıvan”ın qolunu isə 8-ci dəqiqədə Felipe Santos rəqib qapısından
keçirib.

Bu nəticədən sonra “Sabah” xallarının sayını 15-ə, “Araz-Naxçıvan” isə 17-yə
yüksəldib.

Qeyd edək ki, bu gün keçirilən digər görüşdə “Səbail” komandası “Şamaxı”nı
məğlub edib – 2:0. Turun açılış matçında “Kəpəz” “Neftçi”ni 4:3 hesabı ilə
məğlub edib. Sabah keçiriləcək “Turan-Tovuz” – “Zirə” və “Sumqayıt” – “Qarabağ”
oyunları ilə IX tura yekun vurulacaq.

Source link