2018/2019 mövsümündə futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “Sabah” komandasının baş məşqçisi Arif Əsədovla yollar ayrılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu posta Elşad Əhmədov təyin olunub.
Qeyd edək ki, Elşad Əhmədov başa çatan mövsümdə I Divizionun qalibi olan “Xəzər”ə rəhbərlik edib. Lakin AFFA-nın Lisenziyalaşdırma Qrupu “Xəzər”ə yox, çempionatı V pillədə başa vurmuş “Sabah”a Premyer Liqada iştirak etmək hüququ verib.
Xatırladaq ki, hər iki məşqçi vaxtilə “Neftçi”də işləyib.
S.T.
www.ÇıxışYolu.Com