“Sabah” Azərbaycan Premyer Liqasında yubiley qolunu vurdu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Sabah” Azərbaycan Premyer Liqasında yubiley qolunu vurub.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, paytaxt təmsilçisi ölkə
çempionatlarındakı ümumi qol sayını 200-ə çatdırıb.
XIII turda “Turan Tovuz”la qarşılaşmada vurulan ilk qol yubileylə əlamətdar
olub.
Bundan başqa, paytaxt təmsilçisi 2018/2019 mövsümündən çıxış etdiyi elitada
60-cı dəfə 3 xalın sevinci yaşayıb. Bu, həm də “Sabah”ın səfərdəki 30-cu
qələbəsi olub. Bakılılar “60”a 153-cü, “30”a isə 77-ci oyununda çatıblar.
“Sabah”ın hər üç göstəricidəki ilkləri 2018-ci il avqustun 12-nə təsadüf edib.
Həmin vaxt səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edən Bakı klubunun
heyətində Marko Deviç fərqlənmişdi.
Qeyd edək ki, “Sabah” “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib.