0c0bc86e-47e7-4663-ab33-5e7caafe9a8f..jpg

Sabah Azərbaycanda uçot dərəcəsi artırılacaq? – FOTO

Baxış sayı: 861 dəfə baxılıb.

Sabah Azərbaycanda uçot dərəcəsi artırılacaq? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fitch Group”a aid olan “Fitch Solutions” (FS) 2023-cü ildə Azərbaycanda pul
siyasəti ilə bağlıproqnozunu dəyişməz saxlayıb.

Belə ki, “Fitch Solutions” 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB)
yenidən maliyyələşdirmə dərəcəsini 9,25% səviyyəsinə qədər artıracağını
proqnozlaşdırıb.

Noyabrın 1-də AMB növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

Bəs Azərbaycanda uçot dərəcəsi artacaqmı?

İqtisadçı-ekspert Eldəniz Əmirov Cixisyolu.com-a açıqlamasında bildirib ki, uçot
dərəcəsinin artırılması mənfi nəticələrə səbəb olur:

“Hazırda Azərbaycanda mövcud iqtisadi aktivliyi, inflyasiyanın vəziyyətini,
eyni zamanda, artım dinamikasının yavaşlamasını nəzərə alsaq, fikrimcə, sabah
AMB uçot dərəcəsini stabil saxlayacaq. Çünki uçot dərəcəsinin artırılmasının
mənfi tərəfləri var”.

Ekspert qeyd edib ki, manatın məzənnəsinin 2023-cü ildə sabit qalacağı
gözlənilir:

“Bu il manatı hər hansı bir təhdidlər gözləmir. Çünki manata olan təzyiqi
qarşılamaq üçün neft yaxşı qiymətə satılır, yetəri qədər valyuta ehtiyatlarına
sahibik. Eyni zamanda, AMB və Dövlət Neft Fondunun transferi ilə bağlı problem
yoxdur.

Qeyd edim ki, dollara olan tələb ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.
Bununla da manata hər hansısa bir təzyiqin səviyyəsi təhlükəli həddə deyil.
Buna görə də hər hansı sərt monetar siyasətin həyata keçirilməsinə indiki
məqamda ehtiyac yoxdur”.

İlhamə Əbülfət

Source link