eebb5452-c73b-4870-9523-1e6d9577bc7c..jpg

Sabah Azərbaycanın iki rayonunda qaz təchizatı dayandırılacaq

Baxış sayı: 538 dəfə baxılıb.

Sabah Azərbaycanın iki rayonunda qaz təchizatı dayandırılacaq

Sabah Bakının Xəzər rayonunun bəzi yaşayış massivlərində, həmçinin Göyçay
rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat
Birliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 24-də saat 09:00-dan “Pirallahı-Qala” qaz ölçü
qovşağından qidalanan qaz kəmərində və saat 10:00-dan “Qaz İxrac” İdarəsi
tərəfindən “Göyçay 2” ölçü qovşağından qidalanan qaz kəmərində aparılacaq təmir
işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir işləri görülən müddətdə Xəzər rayonunun Dübəndi Südçülük və Zirə
Südçülük sovxozlarının, Qala kəndinin, Xaşa-Xuna, Laçın və Kəlbəcər
sakinlərinin məskunlaşdığı yaşayış massivlərinin, həmçinin Göyçay rayon
mərkəzinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Source link