e7c07c07-84f9-45f9-afd5-7b4de13dbf29.webp

Sabah Bakı və Sumqayıtın bir hissəsində qaz olmayacaq

Baxış sayı: 46 dəfə baxılıb.

Sumqayıt şəhərinin və Xəzər rayonunun bir hissəsinin qaz təchizatında
müvəqqəti fasilə yaranacaq.

Cixisyolu.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat
yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri, Qurd dərəsi (kanalüstü) və Dənizkənarı
(Novxanı hissəsi) ərazilərin qaz təchizatının yaxşılaşdırılması layihəsinin
icrası olaraq, Saray körpüsü ətrafında yeni çəkilmiş yeraltı qaz xəttinin qaz
təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək. Bu məqsədlə 2 oktyabr
2024-cü il saat 11:00-dan işlər yekunlaşanadək “Şəhər-4” orta təzyiqli qaz
xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri görülən müddətdə Sumqayıt şəhərinin Novruz, Təzə və
Köhnə Corat qəsəbələrinin, Novxanı, Qurd dərəsi, Corat və Saray bağlarının,
11-12-13-17-ci və 18-ci mikrorayonların bir hissəsinin, 20-ci və 21-ci
mikrorayonların, eləcə də 47, 48, 49, 51, 52, 53-cü məhəllələrinin qaz
təchizatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi
məqsədi ilə 2 oktyabr 2024-cü il saat 10:00-dan işlər yekunlaşanadək qaz
təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının
bərpası nəzərdə tutulur.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Stansiya Qala yaşayış
massivinin təchizatında müvəqqəti fasilə yaranacaq.

17:24

Sabah (oktyabrın 2-də) Xəzər rayonunun bir hissəsinin qaz təchizatında
müvəqqəti fasilə yaranacaq.

Cixisyolu.com xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin
dəyişdirilməsi məqsədi ilə 02.10.2024-cü il saat 10:00-dan işlər yekunlaşanadək
qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının
bərpası nəzərdə tutulur.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun “Stansiya Qala” yaşayış
massivinin təchizatında müvəqqəti fasilə yaranacaq.

Source link