Ölkə ərazisində noyabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ÇıxışYolu.Com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8°, gündüz 9-12° isti təşkil edəcək.
Rayonlarda hava əsasən yağmursuz olacaq, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti təşkil edəcək. Dağlarda gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.