0dd472c0-bdfb-4c55-aeed-8e7bc33c91ef..jpg

“Sabah” basketbol klubu ardıcıl ikinci dəfə müntəzəm mövsümün qalibi olub

Baxış sayı: 364 dəfə baxılıb.

“Sabah” basketbol klubu ardıcıl ikinci dəfə müntəzəm mövsümün qalibi olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabah” komandasının Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümü lider
kimi başa vuracağı dəqiqləşib.

AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi buna ölkə çempionatının XVII
turunda “Sumqayıt”ı 93:73 hesabı ilə məğlub etməklə nail olub.

Bu qələbədən sonra xallarını 31-ə çatdıran bakılılar son turdakı oyunların
nəticəsindən asılı olmayaraq pley-offa ilk pillənin sahibi kimi vəsiqə əldə
edib.

Reqlamentə əsasən, müntəzəm mövsümdə ilk iki yeri tutan komandalar pley-offa
birbaşa yarımfinal mərhələsindən başlayırlar.

Rimas Kurtinaytisin başçılıq etdiyi kollektiv hazırda 31 xalla turnir
cədvəlinin lideridir.

Qeyd edək ki, “Sabah” ötən il də müntəzəm mövsümü ilk sırada tamamlayaraq
pley-offa adlayıb və yekunda Azərbaycan çempionu olub.

Source link