c6d6f344-d20a-4c0f-8f61-0d7d71c74324..jpg

“Sabah” basketbol klubu bu gün Avropa Kubokunda ilk oyununu keçirəcək

Baxış sayı: 412 dəfə baxılıb.

“Sabah” basketbol klubu bu gün Avropa Kubokunda ilk oyununu keçirəcək

“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunun 2023/2024 mövsümündə ilk
oyununa çıxacaq.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada təşkil olunan
təsnifat mərhələsinə Niderland təmsilçisi “Donar”a qarşı oyunla start verəcək.

Qroningenlilərlə Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində
keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, A qrupunda yer alan “Sabah” növbəti oyunlarını oktyabrın 3-də
“Rabotniçki” (Skopye, Şimali Makedoniya), 5-də isə “Rapid”ə (Buxarest,
Rumıniya) qarşı keçirəcək.

Source link