Bəzi rayonlarin bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.
Bu barədə ÇıxışYolu.Com-a “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
Onun sözlərinə görə, yağıntılarla əlaqədar Kür çayında bulanıqlığın artması səbəbindən Kür təmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb:
Bununla əlaqədar Şirvan, Salyan, Biləsuvar, Hacıqabul, Sabirabad, Saatlı şəhərlərinə, Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.
ASC rəsmisi qeyd edib ki, suyun verilməsində fasilələr Kür çayında bulanıqlıq səviyyəsi normallaşana qədər davam edəcək.