3b96adbf-aac0-42b2-aa75-00cda72d8529..jpg

“Sabah” bu gün FIBA Avropa Kubokunda ikinci oyununu keçirəcək

Baxış sayı: 423 dəfə baxılıb.

“Sabah” bu gün FIBA Avropa Kubokunda ikinci oyununu keçirəcək

“Sabah” basketbol komandası bu gün FIBA Avropa Kubokunun təsnifat mərhələsində
növbəti oyununu keçirəcək.

Cixisyolu.com xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu Şimali
Makedoniyada ikinci sınağını yerli “Rabotniçki” ilə qarşılaşacaq.

Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində baş tutacaq oyun Bakı vaxtı
ilə saat 22:30-da başlayacaq.

Xatırladaq ki, Boban Mitevin yetirmələri ötən gün Niderland təmsilçisi
“Donar”ı 75:72 hesabı ilə məğlub ediblər. “Rabotniçki” isə Rumıniya “Rapid”inə
yenilib – 57:87.

Qeyd edək ki, “Sabah” üçüncü matçını oktyabrın 5-də Rumıniyanın “Rapid”
(Buxarest) klubuna qarşı keçirəcək.

Source link