Sabah Bakıda bəzi universitetlər fəaliyyət göstərməyəcək.
ÇıxışYolu.Com-ın məlumatına görə, buna səbəb “Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin keçirilməsidir.
Belə ki, yarışların keçiriləcəyi ərazidə yerləşən təhsil müəssisələrinin – Azərbaycan Dövlət Pedoqoji, Qərbi Kaspi və İqtisad Universitetlərinin əsas korpusunda təhsil alan tələbələr dərsə getməyəcəklər.
Qeyd edək ki, “Formula-1” üzrə SOCAR Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-nə qədər davam edəcək.
İlhamə Əbülfət