43deb651-eb7b-485e-bc66-8ab62b813a6f..jpg

“Sabah” FİBA Avropa Kubokunda ikinci qələbəsini qazanıb

Baxış sayı: 445 dəfə baxılıb.

“Sabah” FİBA Avropa Kubokunda ikinci qələbəsini qazanıb

“Sabah” basketbol klubu FIBA Avropa Kubokunun 2023/2024 mövsümündə ikinci
oyununa çıxıb.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan çempionu Şimali Makedoniyada təşkil olunan
təsnifat mərhələsində yerli “Rabotniçki” ilə qarşılaşıb.

İlk qarşılaşmada Niderland “Donar”ından güclü olan təmsilçimiz meydan
sahibləri ilə görüşdən də qalib ayrılıb – 83:81.

Qeyd edək ki, A qrupunda yer alan “Sabah” sonuncu oyununu oktyabrın 5-də
“Rapid”ə (Buxarest, Rumıniya) qarşı keçirəcək. Bu qarşılaşma qrupun qalibini
müəyyənləşdirəcək. İki turdan sonra kollektivlər maksimum – dörd xala
malikdirlər və ilk iki pilləni bölüşdürürlər.

Xatırladaq ki, qrup qalibi FIBA Avropa Kubokunda müntəzəm mövsümdə oynamaq
şansı qazanacaq.

Source link