87b39644-3931-4c67-9c4a-c0dc02cdf0ab..jpg

“Sabah” klubunun ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib

Baxış sayı: 297 dəfə baxılıb.

“Sabah” klubunun ilk yoxlama oyunundakı rəqibi müəyyənləşib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın ilk
yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Klubun Mətbuat Xidmətinin verdiyi məlumata görə, Murad Musayevin rəhbərlik
etdiyi komanda Rumıniya “Rapid”i ilə qarşılaşacaq.

Görüş yanvarın 9-da, Bakı vaxtı ilə saat 18:00-da “Mardan” İdman Kompleksinin
ehtiyat meydanında baş tutacaq.

“Sabah”ın Antalyadakı hazırlıq prosesi yanvarın 15-dək davam edəcək. Paytaxt
təmsilçisi Türkiyədə daha bir yoxlama matçı keçirməyi planlaşdırır.

Source link