34e88096-ae67-479a-b625-813b0e55f8be..jpg

“Sabah” və “Kəpəz” futbolçulara, “Səbail” kənar şəxslərə görə cərimələnib

Baxış sayı: 551 dəfə baxılıb.

“Sabah” və “Kəpəz” futbolçulara, “Səbail” kənar şəxslərə görə cərimələnib

AFFA İntizam Komitəsi “Sabah” və “Kəpəz” klublarını cərimələyib.

Milli assosiasiyanın məlumatına görə, “bayquşlar” 5 oyunçusu “Turan Tovuz”a
0:3 hesabı ilə uduzduqları V turun görüşündə sarı vərəqə ilə cəzalandığı üçün
700 manat ödəyəcək.

Gəncə təmsilçisinin isə 4 üzvü “Araz-Naxçıvan”a 1:2 hesabı ilə yenildikləri
qarşılaşmada eyni aqibəti yaşayıb və klubu 700 manat ziyana salıb.

“Səbail” klubu “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldiyi matçda meydana kənar
şəxslərin daxil olması ucbatından 800 manat cərimələnib.

Source link