Sabah, iyunun 15-dən Ramazan bayramı və Milli Qurtuluş günü münasibətilə Azərbaycanda tətil başlayır.
ÇıxışYolu.Com-ın xəbərinə görə, iyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar qeyri-iş günüdür.
Ayın 15-16-da isə ölkədə Ramazan bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, iyunun 15-də Milli Qurtuluş günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da da iş olmayacaq.
Beləliklə, ölkədə ardıcıl – iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür. Növbəti iş günü iyunun 20-də olacaq.