554314f1-f21a-40ad-9474-884fff6fe5aa..jpg

“Sabah”ın baş məşqçisi: “Ayaz Quliyevlə danışıqlar kifayət qədər asan keçdi”

Baxış sayı: 1. 096 dəfə baxılıb.

“Sabah”ın baş məşqçisi: “Ayaz Quliyevlə danışıqlar kifayət qədər asan keçdi”

“Ayaz Quliyevlə danışıqlar kifayət qədər asan keçdi. Futbolçu özü “Sabah”a
keçmək istəyirdi”.

“Report”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya
mətbuatına açıqlamasında deyib.

Təcrübəli mütəxəssis Rusiyanın “Ximki” klubundan transfer olunan 26 yaşlı
yarımmüdafiəçinin Azərbaycan vətəndaşlığı almaq perspektivinə də toxunub:

“Fikrimcə, Ayaz yaxın zamanda Azərbaycan pasportu alacaq. Bu, yerli
çempionatda legioner limiti ilə bağlı vacibdir. Məsələnin hazırda hansı
mərhələdə olduğunu bilmirəm. Əminəm ki, futbolçu ən yaxşı formasını bərpa
edəcək və Azərbaycan millisini gücləndirə biləcək”.

Qeyd edək ki, “Sabah” klubu Ayaz Quliyevlə üç illik müqavilə bağlayıb.

Source link