“Sabah”ın baş məşqçisi: “Qrupda keçirdiyimiz ən yaxşı oyun oldu”
“Bəzi epizodlarda ribaundda, bəzən müdafiədə və atışlarda uğursuz olsaq da,
bu, qrupda keçirdiyimiz ən yaxşı oyun oldu”.
“Report”un məlumatına görə, bunu “Sabah” basketbol komandasının baş məşqçisi
Boban Mitev Rumıniya klubu “Rapid”ə 90:71 hesabı ilə qalib gəldikləri FIBA
Avropa Kubokunun qrup mərhələsinin son oyunu barədə danışarkən deyib.
Şimali makedoniyalı mütəxəssis komandasının yaxşı çıxış etdiyini bildirib:
“Bilirdim ki, fərdi bacarıqları yüksək olan oyunçularım var. Mənim işim bu
fərdi keyfiyyətləri sistemli komanda oyununa çevirmək idi. Düzünü desəm, bura
minimum bir oyunda qələbə qazanmağa gəlmişdik. Oyunçular əsl döyüşçü kimi
mübarizə apardılar. Düzgün yoldayıq. Belə düşünməyə nikbin əsaslarım var.
Bakıda keçirəcəyimiz avrokubok matçlarında tribunaları dolu görmək istəyirəm”.
Qeyd edək ki, “Sabah” A qrupunun əvvəlki görüşlərində Niderland təmsilçisi
“Donar”ı 75:72, Şimali Makedoniya klubu “Rabotniçki”ni isə 83:81 hesabı ilə
məğlub edib.