“Sabah”ın baş məşqçisi Rusiya klubunun təklifini qəbul etməyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Sabah”ın baş məşqçisi Murad Musayev Rusiya klubu “Şinnik”in təklifini qəbul
etməyib.
Cixisyolu.com xəbər verir ki, Yaroslavl təmsilçisi yeni çalışdırıcısını artıq
müəyyənləşdirib.
Birinci Liqa komandasına bundan sonra Dmitri Çerışev rəhbərlik edəcək. 54
yaşlı mütəxəssislə daha bir il uzatmaq bəndi ilə altıaylıq müqavilə imzalanıb.
Qeyd edək ki, “Şinnik”in idman koordinatoru Aleksandr Pobeqalov bir neçə gün
əvvəl Murad Musayevlə danışıq aparmaq üçün Azərbaycana gəlmişdi. 40 yaşlı
məşqçinin “Sabah”la müqavilə müddəti cari mövsümün sonuna qədərdir.