292b3e29-f40b-4118-bdf5-ff39ad8987f4..jpg

“Sabah”ın idman direktoru: “Məqsəd Monteneqrodan Vətənə qələbə ilə qayıtmaqdır”

Baxış sayı: 589 dəfə baxılıb.

“Sabah”ın idman direktoru: “Məqsəd Monteneqrodan Vətənə qələbə ilə qayıtmaqdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məqsəd Monteneqrodan Vətənə qələbə ilə qayıtmaqdır”.

Bunu “Report”a açıqlamasında “Sabah” basketbol klubunun idman direktoru Elşən
Yusubov FIBA Avropa Kubokunun müntəzəm mövsümündə Monteneqro təmsilçisi
“Mornar”la bu gün keçiriləcək səfər oyunu ilə bağlı danışarkən deyib.

Klub rəsmisi qarşılaşmanın Bar şəhərində təşkil olunmasını rəqib üçün üstünlük
hesab edir. Lakin o, görüşün baş tutacağı Topolika İdman Zalına
uyğunlaşdıqlarını bildirib:

“Məlumdur ki, bu mərhələdə daha ciddi rəqiblərlə qarşılaşacağıq. Bunlardan
birincisi ilə bu gün üz-üzə gələcəyik. “Mornar”ın doğma meydan üstünlüyü ola
bilər. Amma onların zalında dünən bir saat yarım məşq keçdik. Bu gün də bir
saatlıq məşq planlaşdırılır. Komandamız qarşıdakı oyunlara fiziki cəhətdən
yüksək səviyyədə, tam heyətlə hazırdır. Baş məşqçi də öz strategiyasını artıq
müəyyənləşdirib. Kollektivi ruh yüksəkliyi ilə görüşə hazırlamalıyıq”.

Elşən Yusubov “Sabah”ın yer aldığı D qrupunu da dəyərləndirib. İdman direktoru
oktyabrın 25-də, II turda Türkiyə təmsilçisi “Bağçaşəhər”lə evdə keçiriləcək
matçın böyük önəm kəsb edəcəyini vurğulayıb:

“Qrupda bütün oyunlar çətin olacaq. Bu üzdən var gücümüzlə mübarizə
aparmalıyıq. Növbəti matçda qrupun favoriti hesab etdiyim “Bağçaşəhər” ilə
qarşılaşacağıq. Həmin görüşü evdə keçirəcəyik. Sevindirici haldır ki, təsnifat
mərhələsini keçdiyimiz üçün oyunlarımıza azarkeş marağı da artıb. Tamaşaçılar
“Bağçaşəhər”lə qarşılaşmada da bizi tribunalardan dəstəkləyə biləcəklər. Avropa
basketbolunu Azərbaycanda görə biləcəyik. Hər bir oyuna rəqibin güclü və zəif
cəhətlərini araşdıraraq hazır olmalıyıq. Gənc heyətimiz olsa da, əvvəlki
matçlarda müəyyən təcrübə toplamışıq. Basketbolçular indi məşqlərdə
bir-birilərini daha yaxşı başa düşürlər. Bunu da oyunlara daşımaq lazımdır”.

Qeyd edək ki, “Mornar” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Source link