806804ad-c47e-40bc-8494-f6e900ee17d4..jpg

“Sabah”ın prezidenti Klublar Komitəsinin sədri seçilib – FOTO

Baxış sayı: 477 dəfə baxılıb.

“Sabah”ın prezidenti Klublar Komitəsinin sədri seçilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası
keçirilib.

Cixisyolu.com qurumun rəsmi saytına istinadən məlumatına görə, toplantıda
assosiasiyanın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov və
Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak
ediblər.

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, komitənin sədri vəzifəsinə
seçki keçirilib. “Sabah” klubunun prezidenti Maqsud Adıgözəlov səs çoxluğu ilə
Klublar Komitəsinin sədri seçilib. İclasda digər məsələlər də müzakirə olunub.

Source link