695525c0-aa28-4d3d-817a-a71d26f147c1..jpg

Sabiq baş həkimə hökm oxunub

Baxış sayı: 430 dəfə baxılıb.

Sabiq baş həkimə hökm oxunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt Şəhər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadədə
təqsirləndirilən Sumqayıt 2 saylı Şəhər Xəstəxanasının sabiq baş həkimi Ramiz
Həmzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun
sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin
hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə
təqsirli bilinərək qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla, iki il
müddətinə islah işləri cəzasına məhkum edilib.

Ramiz Həmzəyev Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən təqsirli bilinib,
lakin barəsində başlanmış cinayət işinə cinayət məsuliyyətinə cəlbetmə müddəti
bitdiyinə görə xitam verilib.

İttihama görə, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik
hüquqi şəxsin Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanasının baş həkimi işləmiş Ramiz
Şahverdi oğlu Həmzəyev vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə
əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə
dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla
səlahiyyətlərindən sui-istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan
məlumatları daxil edib. Belə ki, o, əlillik dərəcəsi almaq üçün müraciət etmiş
şəxslərin adına xəstəxanada stasionar müalicə almaları barədə müxtəlif
diaqnozlar qeyd edilməklə saxta sənədlər verib. Bununla da Cinayət Məcəlləsinin
308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli
bilinib.

Source link