01317e9d-c9bf-4ad0-a92e-3e1f9ebc8fc2.jpg

Sabiq baş redaktor yenidən hakim qarşısında

Baxış sayı: 249 dəfə baxılıb.

“İdeal” qəzetinin baş redaktoru Nazim Quliyevin cinayət işinin məhkəmə
hazırlıq iclası keçirilib.

Cixisyolu.com-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid
Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları
dəqiqləşdirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin
dəyişdirilməsi barədə müdafiəçinin vəsatəti məhkəməyə təqdim olunsa da,
müşavirədən sonra vəsatət təmin olunmayıb.

Nazim Quliyev barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmaqla
cinayət işi məhkəmə istintaqı araşdırmasına verilib.

Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə
cəlb edilib.

Nazim Quliyevin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda
ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Daha sonra isə ona Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə
– xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə ittiham
elan edilib.

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Nazim Quliyev 2009-cu ildə rüşvət almaqda, hədə-qorxu ilə tələb
etməkdə və digər cinayət əməllərində təqsirli bilinərək 13 il 3 ay azadlıqdan
məhrum edilmiş, 11 il sonra – 2020-ci ildə vaxtından əvvəl azadlığa
buraxılmışdı.

Elgün Həsənli

Source link