39c9b2e0-6123-418d-8fbd-8c0a6a2b8d70..jpg

Sabiq deputata məxsus şirkətin büdcəyə 100 minlərlə vergi borcu var – TƏFƏRRÜAT

Baxış sayı: 697 dəfə baxılıb.

Sabiq deputata məxsus şirkətin büdcəyə 100 minlərlə vergi borcu var – TƏFƏRRÜAT

Sabiq deputat Hacı Salayevə məxsus “Trust-S.S.” MMC-nin (VÖEN – 1300271661)
dövlət büdcəsinə böyük həcmdə – 465 651 manat 30 qəpik vergi borcu var.

Yeniavaz.com xəbər verir ki, “Trust-S.S.” MMC 29.10.2002-ci il tarixində
dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Şəhriyar, ev 51,
mərtəbə 6, mənzil 2-də yerləşən şirkətin nizamnamə kapitalı 10 manat təşkil
edir.

Qanuni təmsilçisi Eyvazov Azad Fərman oğlu olan “Trust-S.S.” MMC-yə daha əvvəl
Hacı Salayevin özü rəhbərlik edib.

2010-cu və 2015-ci illərdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən deputat
seçilən Hacı Salayev eyni zamanda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun
ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”ə bağlı “Az Kommunal Servis” ASC-nin
(VÖEN – 1401752761) idarə heyətinin sədri olub.

Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Hacı Salayevin qardaşı –
general-mayor Baba Salayev FHN Akademiyasının rəisidir.

Source link