Sabiq məktəb direktoru rüşvətə görə ev dustağı edilib
Xocavənd rayonunun Qaradağlı kənd orta məktəbinin sabiq direktoru İngilis
Tağıyev barəsində cinayət işi başlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İ.Tağıyev direktor işlədiyi
müddətdə işçilərdən külli miqdarda rüşvət almaqda ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma-təkrar
törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Yaşı ilə bağlı onun barəsində
istintaq dövrü müddətində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, İngilis Tağıyev bir il əvvəl yaş həddi ilə bağlı təqaüdə
göndərilib. Bir müddət sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.