Sabiq MTN generallarına hökm oxundu

Sabiq MTN generallarına hökm oxundu

Baxış sayı: 2. 906 dəfə baxılıb.

Bakı Hərbi Məhkəməsində Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, məhkəmənin hökmü ilə Sübahir Qurbanov, Füzuli Əliyev 14 il, Teymur Quliyev 12 il, Zaur Məmmədov, Natiq Əliyev 10 il 6 ay, Anar Şirəliyev, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. 

Təqsirləndirilən Natəvan Mirvətovaya 5 il, Fərhad Atayevə və Elşən Əzizova 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib. Atayev və Əzizov iclas zalından azadlığa buraxılıblar.

Xatırladaq ki, dövlət ittihamçısı general Sübahir Qurbanova, Teymur Quliyevə 16 il, Füzuli Əliyevə 15 il, Natiq Əliyevə 14 il, Zaur Məmmədova 13 il, Natəvan Mirvətovaya 12 il, Elşad Əzizova 8 il, Fərhad Atayevə, Anar Şirəliyevə və Eşqin Əliyevə 7 il cəza təyin edilməsini xahiş edib. 

Bundan əlavə, prokuror təqsirləndirilən şəxslərin hər birinin hərbi rütbələrindən azad olunmasını, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.

www.ÇıxışYolu.Com