7842cf1e-ffb0-4388-a569-ab7f9f500a76.webp

Sabiq partiya sədri iş adamını at əti satması ilə şantaj edib?

Baxış sayı: 186 dəfə baxılıb.

Dələduzluq və hədə qorxu ilə tələb etmədə təqsirləndirilən İdeal Partiyasının
və saytının rəhbəriNazim Quliyevin cinayət işinin
məhkəmə
baxış iclası keçirilib.

Cixisyolu.com-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid
Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ilkin olaraq təqsirləndirilənin
hazırlıq iclasında dəqiqləşdirilməmiş bəzi anket məlumatlarına aydınlıq
gətirilib. Bundan sonra Nazim Quliyev barəsində seçilmiş həbs qətimkan
tədbirinin dəyişdirilmədən məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul
edilib.

Prosesin ikinci mərhələsində dövlət ittihamçısı təqsirləndirilən sabiq sayt
rəhbərinə ittiham aktını elan edib. Nazim Quliyev isə öz növbəsində ona elan
edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

Məhkəmənin növbəti iclası noyabrın 22-nə təyin edilib.

İbtidai istintaqla müəyyən edilib ki, Nazim Quliyev müxtəlif vaxtlarda özünü
vəkil kimi təqdim edib, yalan vədlər verərək zərərçəkmişlərin bir qisminin
pullarını dələduzluq yolu ilə ələ keçirərək şəxsi məqsədləri üçün istifadə edib.

Belə ki, o, rəhbəri olduğu “İdealmedia.az” saytında Binə Atçılıq İdman
Klubunda ölmüş atların ətinin satılması barədə xəbər yayacağı ilə bağlı Natiq
Zeynalov adlı iş adamını təhdid edərək, məlumatın yayılmaması üçün həmin
şəxsdən pul alıb.

Daha sonra o, digər zərərçəkən, 16 saylı poliklinikada çalışan Məleykə
Həsənovanın qanun pozuntularına yol verməsi, pulsuz verilməli olan dərmanları
satması barədə öz saytında xəbər yayacağını onun həyat yoldaşına söyləyərək
külli miqdarda vəsait ələ keçirib.

Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil
Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə
cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə);
178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə); 182.2.2
(hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) və 182.2.4 (hədə-qorxu ilə
tələb etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri
ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə İftixar Həsənov, Səlfəddin Şirinov, Natiq Zeynalov, İlahə
İlyasova və Cəlaləddin Cəfərov zərərçəkmiş qismində tanınıblar.

Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər
cinayətlərdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O,
2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb.

Elgün Həsənli

Source link