Sabiq polis polkovnikinin məhkəməsi başlayıb

Sabiq polis polkovnikinin məhkəməsi başlayıb

Baxış sayı: 2. 406 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində DİN-nin Su Nəqliyyatında Polis İdarəsinin polis polkovniki Fərhad Məmmədxanovun Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurulmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

ÇıxışYolu.Com-ın məlumata görə, Fərhad Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onun barəsində həbs-qətimkan tədbiri seçilib. İttihama görə, Məmmədxanov işə düzəltmək adı ilə vətəndaşlardan 800.000 manat pul mənimsəməyib və  mağazadan “Vertu” markalı telefonu kreditə götürərək ödəniş etməkdən yayınıb. 

Qeyd edək ki, F. Məmmədxanovun DİN-də xidmət etdiyi müddətdə son rütbəsi polis polkovnik-leytenantı olub. 

O, ötən il iyunun 16-da barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən xidmətdən xaric olunub. 

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

İş üzrə baxış aprelin 4-nə təyin edilib. 

www.ÇıxışYolu.Com