Sabiq polis zabiti məhkəmə zalından azadlığa buraxılıb

Sabiq polis zabiti məhkəmə zalından azadlığa buraxılıb

Baxış sayı: 2. 634 dəfə baxılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində DİN-nin Su Nəqliyyatında Polis İdarəsinin polis polkovniki Fərhad Məmmədxanovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumata görə, Fərhad Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onun barəsində həbs-qətimkan tədbiri seçilib. 

İttihama əsasən, Məmmədxanov vətəndaş Eldar Hənifəyevdən işə düzəltmək adı ilə 185 min manat pul alaraq, dələduzluq edib. İstintaq dövründə o həmin məbləğdən 35 min manat pulu zərərçəkmişə qaytarıb. 

Qeyd edək ki, F. Məmmədxanovun DİN-də xidmət etdiyi müddətdə son rütbəsi polis polkovnik-leytenantı olub. O, ötən il iyunun 16-da barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən xidmətdən xaric olunub. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs şərti cəzaya məhkum olunub və iclas zalından azadlığa buraxılıb.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı məhkəmədən F.Məmmədxanova yeddi il cəza təyin edilməsini xahiş edib.

www.ÇıxışYolu.Com