465ed226-3c8f-442a-9c1b-5f194071f333..jpg

Sabiq prokurordan yeni şikayət: 27 minlik İDDİA

Baxış sayı: 745 dəfə baxılıb.

Sabiq prokurordan yeni şikayət: 27 minlik İDDİA

2013-cü ilədək prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış, Ağdaş və
Binəqədi rayonlarının prokuroru olmuş Mirələkbər Seyidov barəsində
hüquq-mühafizə orqanlarına yeni müraciət daxil olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəzifədən azad edildikdən sonra
dələduzluqda ittiham edilərək məhkum edilən prokurorun daha bir şəxsə böyük
məbləğdə pul “atdığı” bildirilir.

Belə ki, Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Q.Bəxtiyarov bir neçə
gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edərək Mirələkbər Seyidovun
onu aldadaraq 27 200 manat pulunu aldığını bildirib. Şikayət ərazi üzrə
Binəqədi Rayon Polis İdarəsinə göndərilib və aidiyyəti araşdırmalara başlanılıb.

Qeyd edək ki, M.Seyidov daha əvvəl iki dəfə dələduzluq əməlinə görə
məsuliyyətə cəlb edilib. Onun pul aldığı şəxslərdən biri əvvəllər Binəqədi
Rayon Məhkəməsinin hakimi olmuş Həsən Əliyevdir. Belə ki, M.Seyidov Binəqədi
rayon prokuroru olduğu müddətdə eyni rayonun hakimi Həsən Əliyevə özünü geniş
əlaqələrə malik şəxs kimi təqdim edərək onu rayonlardan birinin məhkəməsinə
sədr təyin olunacağına kömək edəcəyi barədə yalan vəd verib. O, bunun üçün
sabiq hakimdən 200 min dollar pul alıb.

Bundan başqa, Mirələkbər Seyidov tanışı Tahir Hüseynovun 70 min dollar
məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bu əməllərə görə barəsində cinayət işi açılan M.Seyidova məhkəmənin hökmü ilə
şərti cəza verilib.

Source link