649d7d8d-fe92-4cce-adfe-db3fab51687f..jpg

Sabiq rəisə hökm oxundu

Baxış sayı: 758 dəfə baxılıb.

Sabiq rəisə hökm oxundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu Rayon Hərbi Komissarlığının çağırışçıları rüşvətlə xidmətdən
yayındırmaqda ittiham olunan sabiq şöbə rəisi Toğrul İsgəndərovun cinayət işi
üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu
iclasda hökm oxunub.

Hökmə əsasən, T.İsgəndərov irəli sürülmüş ittihamla təqsirli bilinərək 8 il 6
ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Baş Prokuror yanında Korrupsiyaya Qarşı
Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, T.İsgəndərov
həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində vətəndaşlardan rüşvət alarkən
cinayət başında yaxalanıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü
(təkrar və külli miqdarda rüşvətalma) maddələri ilə ittiham verilib.

Source link