Sabiq rəis müavini: Fədayə Laçını yoxlamadıq

Sabiq rəis müavini: Fədayə Laçını yoxlamadıq

Baxış sayı: 2. 709 dəfə baxılıb.

Sabiq rəis müavini: Fədayə Laçını yoxlamadıq

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Lənkəran Rayon Məhkəməsinin hakim köməkçisi Tofiq Canıyev ifadə verib.

Onun sözlərinə görə, qaçan dustaqların məhkəmədə iştirak etmədən geri qaytarılması ilə bağlı nə hakim, nə də özü tərəfindən göstəriş verilib. 

Sonra şahid Lənkəran Müvəqqəti Saxlanma Təcridxanasının rəisi Əlişir Fərəcov dindirilib. 

O deyib ki, hadisədən əvvəl dustaqların geri qaytarılması ilə bağlı ona məlumat gəlib: 

“Mənə dedilər ki, müəyyən səbəbdən Əli Ağami Etibar Məmmədov məhkəməyə gətirilsə də, geri qaytarılacaq. Mən də razılaşdım. Ancaq əmr verməmişəm ki, dustaqları qəbul etməyin”.


Sonra şahid Masallı Müvəqqəti Saxlanma Təcridxanasının rəisi Bəşir Bəşirovla üzləşdirilib və onlar çarpaz dindiriliblər. B. Bəşirov qeyd edib ki, dustaqların qəbul edilməməsi ilə bağlı əmri Ə.Fərəcov verib. 

Hakim isə qeyd edib ki, şahidlərin bir-birinin əksinə ifadə verməsinə yekunda qərar qəbul edərkən qiymət veriləcək. 


Məhkəmədə Lənkəran Polis Şöbəsinin rəisinin sabiq müavini Səadət Tağıyeva da dindirilib. O deyib ki, məhkəmənin təxirə salınacağı barədə ona məlumat verilib: 

“Fədayə Laçın şöbəyə gələndə onu Əlişir Fərəcovun yanına apardım. Lakin onun üzərinə baxış keçirilmədi. Çünkü qadın olduğu üçün bunu etmədik”.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com