7877dd6f-c910-443d-9c5f-0a6a3477a734..jpg

Sabiq sədr 135 min manat bələdiyyə əmlakını MƏNİMSƏYİB – RƏSMİ

Baxış sayı: 1. 077 dəfə baxılıb.

Sabiq sədr 135 min manat bələdiyyə əmlakını MƏNİMSƏYİB – RƏSMİ

Yevlax rayon Aran Bələdiyyəsinin sabiq sədri Qəşəm Əkbərovun qanunsuz
hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq
tamamlanıb, onun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 135 min 246
manat məbləğində bələdiyyə əmlakını mənimsədiyi müəyyən edilib.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

İstintaqın gedişində Qəşəm Əkbərovun vəzifədə olduğu 2013-2020-ci illər
ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 135 min 246 manat
məbləğində bələdiyyə əmlakını mənimsəməsi, habelə bələdiyyənin hüquq və qanuni
mənafelərini əhəmiyyətli dərəcədə pozmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Qəşəm Əkbərova Cinayət Məcəlləsinin 179.3.2 (külli
miqdarda mənimsəmə) 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən
sui-istifadə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri
ilə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə
Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Source link