b0d3dfd6-9156-4e5b-b55d-25d515af7ca8..jpg

Sabiq vəzifəli şəxsin oğlu məhkəmə zalında həbs edildi

Baxış sayı: 509 dəfə baxılıb.

Sabiq vəzifəli şəxsin oğlu məhkəmə zalında həbs edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hesablama Palatasının Dövlət İnvestisiyalarının Auditi Şöbəsinin sabiq müdiri
Bəhram Abbasovun oğlu, “Konstra” MTK-nin təsisçisi və sədri Bəsrət Abbaslı və
onunla birgə ittiham olunanların – MTK-nın direktoru Dilafir Rəsulov və
əməkdaşı Tahir Əliyevin – cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim
Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, D.Rəsulov 13 il 6 ay, T.Əliyev 13 il, B.Abbaslı 1 il 6 ay
müddətə azadlıqdan məhrum ediliblər. İstintaq dövründə zamində olan B.Abbaslı
məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, D.Rəsulov və T.Əliyev Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq
– xüsusilə külli miqdarda zərər vurmaqla) və 308.2-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), B.Abbaslı isə yalnız 303.2-ci maddə ilə
ittiham edilirdilər. Onlar zərərçəkmiş şəxslərdən pul alsalar da ev verməyib,
pulu öz maraqları üçün xərcləyiblər.

Qeyd edək ki, “Konstra MMC” şirkəti ilə əlaqədar uzun müddətdir narazılıqlar
var. Məsələ ilə bağlı açıqlama verən Bəsrət Abbaslı bildirmişdi ki, atası
Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyəti yoxdur. Onun sözlərinə görə,
sadəcə, cavan olduğu üçün əksər görüşlərə atasını da aparıb.

Source link