9e91fec7-db58-42cf-93e6-9fb5971ee392..jpg

Sabir Məmmədov: “Belə bir aktyorun yenidən doğulması çox çətindir”

Baxış sayı: 982 dəfə baxılıb.

Sabir Məmmədov: “Belə bir aktyorun yenidən doğulması çox çətindir”

“Əvvəlcə xəstəliyindən xəbərsiz idi”.

Bunu Cixisyolu.com-a açıqlamasında mərhum Xalq artisti Ramiz Novruzun Yeni
Yasamaldakı evində vida mərasimində iştirak edən həmkarı Xalq artisti Sabir
Məmmədov deyib.

Onun sözlərinə görə, xəstəliyin sonu bəlli idi:

“Biz onun xəstəliyini bilirdik. Özü sonradan xəbər tutdu. Çox çətindir. O
qədər amansız xəstəlikdir. Yenə də nikbin olmağa çalışırdı”.

S.Məmmədov qeyd edib ki, Azərbaycan xalqı üçün çox ağır itkidir:

“Belə bir aktyorun yenidən doğulması çox çətindir. Başımız sağ olsun”.

Nəzrin Vahid

Source link